Türkiyədə 20 il əvvəl gizli eşqi yaşadığı iddia edilən qadının yaxınları tərəfindən diri-diri yandırılan iş adamı Mustafa Yılmazın işi ilə bağlı qərar verilib.
7Times.az musavat.com-a istinadən bildirir ki, 4 müttəhimə bir ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, 2002-ci ildə Türkiyənin Kocaeli şəhərində konstruksiya işləri ilə məşğul olan Mustafa Yılmaz qəfildən yoxa çıxıb. Polis qruplarının araşdırması nəticəsində heç bir iz tapılmayıb. 2020-ci ildə hadisə yenidən araşdırlmağa başlanıb. Aparılan aradırmalarda Mustafa Yılmazın onunla birlikdə işləyən M.S. ilə gizli eşq yaşadığı və bu durumdan xəbər tutan M.S.-nin əri B.B-nin Kocaeliyə gəldiyi müəyyən edilib.
M.S.-nin həyat yoldaşı və ailə yaxınları Mustafa Yılmazı qaçırdığı, Körfez məhəlləsində onu döyərək maşınına mindirib diri-diri yandırdığı və maşını uçurumdan atdıqları müəyyən edilib. Sözügedən cinayət çözüldükdən sonra M.S., həyat yoldaşı B.B. və ailə yaxınları da daxil olmaqla 10 nəfər saxlanılıb. Ədliyyəyə sövq edilən şəxslərdən S.S., A.S., Rüstəm S., İhsan K., Nurullah K. və Orhan K. həbs edilib. Digər şəxslərdən biri məhkəmə nəzarəti altında, digər 3 nəfər isə prokurorluqda ifadə verdikdən sonra məhkəmə istintaqına qədər azadlığa buraxılıb.