Dünya

2010-cu ildən bəri MDB-də qiymətlər nə qədər artıb?  STATİSTİKA

2010-cu ildən bəri MDB-də qiymətlər nə qədər artıb? – STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB ölkələri arasında ən aşağı inflyasiya göstəricisi qeydə alınan ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə 2015-ci ildə 2 böyük devalvasiyanın olmasından sonra qiymət artımları güclənib. Lakin buna baxmayaraq, Azərbaycan 2010-cu illə müqayisədə ən az qiymət artımı qeydə alınan ölkələrdən biri olub.

7Times.az  xəbər verir ki, Azərbaycanda 2021-ci ilin sonunda istehlak bazarındakı qiymət səviyyəsi 2010-cu ilə nisbətən 71,9 faiz (1,719 dəfə) artıb. Başqa sözlə 2010-cu ildə 100 manat olan istehlak səbətinin dəyəri ötən ilin sonunda 172 manata yüksəlib.

Bu, böyük artımdır. Amma digər MDB ölkələri ilə müqayisə etdikdə məlum olur ki, Azərbaycanda bahalaşma heç də ən yüksək səviyyədə deyil.

2021-ci ilin nəticələrinə görə, 2010-cu illə müqayisədə MDB-də ən böyük bahalaşma Belarusda olub. Müqayisə edilən dövrdə bu ölkədə qiymət səviyyəsi 486 faiz yüksəlib. Burada 2010-cu illə müqayisədə qiymətlər 5,86 dəfə artıb.

Belarusu 3,16 dəfə artımla Ukrayna, 2,67 dəfə artımla Özbəkistan, 2,11 dəfə artımla Tacikistan, 2 dəfə artımla Rusiya, 1,85 dəfə artımla Qırğızıstan, 1,82 dəfə artımla Moldova izləyib.

MDB-də ən aşağı inflyasiya Ermənistanda qeydə alınıb. Bu ölkədə 2010-cu ilə nisbətən qiymətlər 141 faiz artıb.