Maqazin

2022-ci ildə izləniləcək yeni filmlər – SİYAHI

2022-ci ildə izləniləcək yeni filmlər – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Film həvəskarları 2022-ci ildə izləyə biləcəkləri yeni filmləri gözləyirlər.

7Times.az Lent.az-a istinadən onların siyashısını təqdim edir:

2022-ci ildə çıxacağı açıqlanan HBO istehsalı House of Dragon, Game of Thrones fanatları tərəfindən maraqla və səbirsizliklə gözlənilir. Serialda Game of Thrones-da izlədiyimiz hekayədən 300 il əvvəl danışılacaq və Tarqaryen Evinin tarixinə də yer veriləcək.


The Lord of the Rings

1950-ci illərdə JRR Tolkien tərəfindən yaradılmış Orta Yer kainatı unikal və uzaqdır. Üzüklərin Əfəndisi və Hobbit film seriyalarına baxan, onun yazdığı kitablara aşiq olanlar 2022-ci ilin sentyabrında Amazon Prime Video-da yayımlanacaq Üzüklərin Əfəndisi serialını səbirsizliklə gözləyirlər.


Willow

1980-ci illərin eyniadlı filmi ilə uyğunlaşdırılacaq Willow seriyası Disney+-da nümayiş etdiriləcək. Harri Potterdən xatırladığımız Stiven Vulfendenin idarə edəcəyi serialda 33 il əvvəl eyni rolu canlandıran Uorvik Devis baş rolda olacaq.

She-Hulk

Marvel-in sevimli personajı Hulk-un qadın versiyasını izləyəcəyimiz She-Hulk yenidən Disney+ istehsalı olaraq görünəcək.


Peacemaker

DC-nin Suicide Squad istehsalının spin-offu olaraq izləyəcəyimiz serial yanvar ayında HBO kanalında nümayiş olunmağa başlayacaq.


Moon Knight

Oscar Isaac və Ethan Hawke Marvel Studios-dan maraqla gözlənilən Moon Cəngavər filmində rol alacaqlar.


The Sandman

Neil Gaimanın əfsanəvi komiks seriyası The Sandman günümüzə uyğunlaşdırılmış teleserialdır. Serial Netflix-də yayımlanacaq.