Dünya

2023-cü ilin ən məşhur MODA BRENDLƏRİ

2023-cü ilin ən məşhur MODA BRENDLƏRİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin ən məşhur moda brendləri açıqlanıb.

Lent.az xəbər verir ki, məşhur alış-veriş səhifəsi “Lyst” hər il olduğu kimi bu il də moda dünyasının ən populyar brendlərini sıralayıb.

Sayt müştərilərin seçimlərini ilə bağlı araşdırma edərək hesabat hazırlanıb.

“Lyst Index” hesabatına görə, İspaniyanın “Loewe” moda brendi dünyanın ən məşhur brendi olub.

“Prada”nı taxtdan salan və 1846-cı ildə əsası qoyulan brendin dizaynlarında Conatan Andersonun imzası var. “Pixel” görünüşlü geyimlər, nəhəng çiçəklərlə bəzədilmiş dizaynlar və daha çox şey brendi bu il sosial mediada trend edib.

Siyahıdakı digər markalar müvafiq olaraq “Prada”, “Versace”, “Miu Miu” və “Bottega Veneta” seçilib.

Fransız moda nəhəngi “Louis Vuitton” siyahıda 11-ci yerdə qərarlaşıb. Kim Kardaşyanın “SKIMS” brendi 17-ci yeri tutub.