23 nəfəri öldürən şəxsə 900 il həbs cəzası VERİLDİ

23 nəfəri öldürən şəxsə 900 il həbs cəzası VERİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Texasda 23 nəfəri öldürən Patrik Krusius 900 il həbs cəzasına məhkum edilib.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2019-cu ilin avqustunda El Paso şəhərindəki “Walmart” mağazasında “AK-47” avtomatından atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 23 nəfər həlak olub, 20-yə yaxın insan isə yaralanıb.

Belə ki, Krusiusa qarşı ümumilikdə 90 ittiham irəli sürülüb. Məhkəmə cinayətkarı bütün maddələr üzrə təqsirli bilib.

Qeyd olunub ki, 40 dəqiqə davam edən yekun məhkəmə iclasında vəkil Krusiusun ruhi xəstəlikdən əziyyət çəkdiyini sübut etməyə çalışıb. Məhkəmə isə ittiham tərəfinin dəlilləri ilə razılaşıb və onu 900 il müddətinə azadlıqdan məhrum edib.