Yanvarın 3-də Ukrayna 230 nəfəri Rusiya əsirliyindən azad edib.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram səhifəsində bildirib.
“Bizimkilər evdədirlər. İki yüzdən çox əsgərimiz və mülki vətəndaşımız Rusiya əsirliyindən geri qaytarılıb. Buraya əsgərlər, çavuşlar, zabitlər, Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Hərbi Dəniz Donanmasının əsgərləri, sərhədçilər daxildir. Əsirlikdən azad olunanların bəziləri Mariupol və “Azovstal”ın müdafiəçiləridir”, – deyə Zelenski qeyd edib.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbçi Ukraynadan geri qaytarılıb.
Follow @7timesaz