Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq Hersoqu II Filip bu gün 100 yaşında dünyasını dəyişib.
7times.az xəbər verir ki, bu barədə Bukinqem Sarayının tvitter hesabında məlumat verilib.
“Kraliça Əlahəzrət dərin kədərlə sevdiyi həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filipin ölümünü elan etdi”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, II Filip 2017-ci ildən bəri ictimai tədbirlərdə iştirak etməkdən imtina edib. Bu ilin fevral ayında isə İngiltərə mətbuatında onun ürək əməliyyatı keçirdiyi barədə məlumat dərc olunmuşdu.
Follow @7timesaz