İdman

3:0 qalib gələn millinin baş məşqçisi istefa verdi

3:0 qalib gələn millinin baş məşqçisi istefa verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi postundan ayrılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı “BBC Sport” yayıb.

Sözügedən ölkənin seçməsi Avropa çempionatının son oyununda moldovalıları böyük hesabla (3:0) məğlub etsə də, 2018-ci ildən Çexiya yığmasını çalışdıran Yaroslav Şilqavi istefaya getmək qərarına gəlib. O, qərarını matçdan əvvəl verdiyini belə izah edib:

“Hazırda xoşbəxt olsam da, qərar matçdan əvvəl verilib. Təzyiq çox yüksək idi – həddindən artıq. Mən həmişə bu təzyiqi başa düşə bilmirdim”.

Şilqavi Çexiya millisinin sükanı arxasında 56 görüş keçirib – o, 26 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub.