Türkiyəli müğənni və aktrisa Yıldız Tezcan vəfat edib.
7Times.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 3 ay əvvəl iflic olan 78 yaşlı sənətçi orqan çatışmazlığından dünyasını dəyişib.
Yıldız Tezcan 1945-ci ildə İstanbulda doğulub. 9 yaşından musiqiyə başlayan ifaçı orta məktəbi bitirmədən tərk edib.
Tezcanın “Esmerim”, “Hele Dadaş”, “Vur Sineme Öldür Beni”, “Erzurum Dağları”, “Aman Dünya Ne Dar İmiş”, “Mühür Gözlüm” və “Hastahane Önü İncir Ağacı” kimi əsərləri pərəstişkarları tərəfindən sevilərək dinlənilib. O uzun müddət idi Yalovanın Çınarcık bölgəsində yaşayırdı.
1960-cı illərdə kinoya ilk addımını atan Tezcan 1965-ci ildə “Gönül Kuşum” adlı filmdə aktyor Yılmaz Güneylə tərəf müqabili olub.
Follow @7timesaz