Ölkə

3 məktəblini maşın vurdu – ikisi hadisə yerində öldü – YENİLƏNİB

3 məktəblini maşın vurdu – ikisi hadisə yerində öldü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

***

15:55

08.02.2024-cü il tarixində Zaqatala rayonunun Göyəm kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 3 azyaşlıdan (kişi cinsli) 2-nin hadisə yerində ölüm faktı qeydə alınıb.

7Times.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 1 nəfər isə saat 13:30 radələrində bədənin çoxsaylı travmaları diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin müayinə və müalicəsi davam etdirilir.

***

15:43

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada 3 məktəblini avtomobil vurması ilə bağlı məlumat yayıb.

İdarədən 7Times.az a verilən xəbərə görə, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

Məktəblilərdən ikisi – İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

***

14:46

Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.

7Times.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Göyəm kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 11 yaşlı məktəblilələr eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.