Kriminal

3 rayonda avtomobil qaçıran şəxslər saxlanıldı

3 rayonda avtomobil qaçıran şəxslər saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran Rayon Polis Şöbəsinə (RPŞ) martın 21-nə keçən gecə şəhər ərazisindən A.Kərimova məxsus “QAZ-3110” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

DİN-dən 7times.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Goranboy RPŞ-yə martın 20-də Xanqərvənd kənd sakini F.Əhmədovun “VAZ-2106” markalı avtomobilinin kənd ərazisindən qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılıb.

Qusar RPŞ-yə martın 21-də Aşağı İmamqulukənd kəndi ərazisindən kənd sakini G.Quliyevaya məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb.