Maqazin

“30 yaşa qədər boşanmaqdan yaxşı şey yoxdur”

“30 yaşa qədər boşanmaqdan yaxşı şey yoxdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur model Emili Ratajkovski 30 yaşından əvvəl boşanma barədə danışıb.

OLAY yazır ki, model bir çox gənc qızın 30 yaşına çatmadan boşandığını vurğulayıb.

“26 yaşında ailə qurub, 32 yaşında boşanmış bir qadın kimi sizə deməliyəm ki, bundan gözəl heç nə yoxdur. 20 yaşında evlənmək özünü qandallamaqdır” –  deyə Ratajkovski bildirib.

O, boşanma ilə bağlı stress keçirən insanlara müraciət edib. “30 yaşlarında hərarətli, öz pulunuza sahib olmaqdan, həyatınızla və hər şeylə istədiyinizi edə biləcəyinizi başa düşməkdən daha yaxşı bir şey yoxdur. Qarşıda uzun həyatınız var”.