“Kərimin vəziyyəti eyni qalır. İllərdir necə idisə, indi də elə, heç bir irəliləyiş yoxdur, uzanıb qalıb”.
7Times.az xəbər verir ki,bu sözləri Yenisabah.az-a meyxanaçı Ağamirzə Məmmədov deyib.
O, uzun illərdir xəstəliyi olan həmkarı Ağakərimin (Kərim Novruzov) son durumu haqda məlumat verib:
“Kərim eyni vəziyyətdədir. Hərdən gedirəm yanına. Ailəsi ilə tez-tez əlaqə saxlayıb vəziyyətini xəbər alıram.
Bir müddət əvvəl ölüm xəbərini yaydılar. Xəbər ailəsinə, yaxınlarına, qohumlarına çox pis təsir etdi. Həmin günü bəlkə də 300 yerdən mənə zəng gəldi. Axırda az qaldım özüm inanım, bacısı oğlu ilə əlaqə saxladım, dedi ki, “Dayım ölməyib, hər şey normaldır”.
Belə xəbərlər yaymaq yaxşı şey deyil, camaatı boş yerə narahat edirlər. Ayıbdır, çox ayıbdır. Dəqiqləşdirmədən ölüm kimi ciddi xəbəri yaymaq olmaz. Təkcə Kərimlə bağlı yox, sağlam olan bir çox sənət adamı haqda ölüm xəbərləri yayırlar, olmaz axı”.