Hindistanın Mizoram ştatında yaşayan 38 həyat yoldaşı və 94 uşağı olan Çana 76 yaşında şəkərli diabet və yüksək təzyiqdən dünyasını dəyişib.
7times.az xarici mediaya istinadla xəbər verir ki, 33 nəvəsi olan Çananın ailə üzvlərinin sayı təxminən 181 nəfərdir.
Məlumata görə, ailə 4 mərtəbədən ibarət 100 otaqlı evdə yaşayır. Bu ev böyüklüyünə görə daim turistləri özünə cəlb edir.
Follow @7timesaz