Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
7Times.az APA-ya istinadən xəbər verir ki, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Follow @7timesaz