Dünya

4 növ koronavirus daim aramızdadır – Virusoloq

4 növ koronavirus daim aramızdadır – Virusoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da çalışan türkiyəli virusoloq Semih Tareen peyvəndlərin çoxyönlü immunitet təmin etdiyini bildirib.

7times.az xəbər verir ki, həkim koronavirusa qarşı hazırlanmış peyvəndlərin yeni üzə çıxan ştammlara qarşı effektiv olduğunu əlavə edib.

“Təbii infeksiyadan fərqli immunitet meydana gəlir. Virusun bir hissəsində mutasiya olsa və ya bir qismi peyvənddəki antikordan qaçsa da, peyvəndin yaratdığı digər ümumi antikorlardan qaçma ehtimalı çox azdır. Bu səbəbdən bu mutasiyaların peyvəndi təsirsiz hala gətirəcəyinə dair narahatlığımız yoxdur.

COVID-19 insanlarda ilk və yeganə koronavirus deyil. COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə birlikdə insanlarda cəmi 7 koronavirus olduğunu bilirik. 4 növ koronavirus daim aramızda mövsümi olaraq seyr edilir. Bu 7 növ virusun hamısı heyvanlardan insanlara keçib. 2012-ci ildə MERS koronavirus epidemiyası yarasalardan dəvələrə, dəvələrdən isə insanlara keçdi.publika.az