Dünya

4 ölkənin XİN başçısının Moskva görüşü ertələndi – YENİLƏNİB

4 ölkənin XİN başçısının Moskva görüşü ertələndi – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının görüşü ertələnib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş sabah keçirilməli imiş.

 

Lakin açıqlanmayan səbəblərdən tədbir may ayına təxirə salınıb.

 

***

05.04.2023 / 15:50

 

Moskvada Rusiya, Türkiyə, Suriya və İranın XİN başçıları səviyyəsində görüş təşkil oluna bilər.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlama verib.

 

O, görüşün dəqiq tarixini açıqlamayıb.

 

***

04.04.2023 / 11:44

 

Moskvada Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının müavinləri arasındakı görüş başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

 

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

 

 

***

02.04.2023 / 13:42

 

Aprelin 3-də Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbərlərinin müavinləri arasında danışıqlar aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.

 

***

29.03.2023 / 18:20

 

Aprelin 3-də Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

 

***

16:26

 

Türkiyə, Suriya, İran və Rusiya XİN başçılarının müavinləri səviyyəsində Moskvada dördtərəfli formatda görüş gələn həftə baş tutacaq.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya və İran XİN başçıları Sergey Lavrov ilə Hüseyn Əmir Abdullahian arasında Moskvada keçirilən görüşdən sonra təşkil olunmuş birgə mətbuat konfransında məlumat verilib.

 

***

27.03.2023 / 12:00

 

Tezliklə Türkiyə, Suriya, İran və Rusiya XİN başçılarının müavinləri səviyyəsində Moskvada dördtərəfli formatda görüş keçiriləcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

 

O, dəqiq tarixi açıqlamayıb.

 

***

16.03.2023 / 12:48

 

Türkiyə, Suriya, İran və Rusiya XİN başçılarının müavinləri səviyyəsində Moskvada dördtərəfli formatda keçirilməli olan görüş təxirə salınıb.

 

Modern.az NTV-yə istinadən xəbər verir ki, səbəbin texniki xarakterli məsələlərlə bağlı olduğu bildirilib.

 

Toplantının hansı tarixə ertələndiyi açıqlanmayıb.

 

***

13.03.2023 / 12:35

 

Türkiyə, Suriya, İran və Rusiya XİN başçılarının müavinləri səviyyəsində dördtərəfli formatda görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, görüş 15-16 mart tarixlərində Rusiya paytaxtı Moskvada baş tutacaq.