Hadisə

40 avtomobil necə toqquşdu? – DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATLARI – VİDEO

40 avtomobil necə toqquşdu? – DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATLARI – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Dumanlı hava şəraitində 40-a qədər avtomobil toqquşub.

7Times.az  bildirir ki, APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Yerin buzlu və sürüşkən olması daha çox avtomobilin zərər görməsinə səbəb olub.

Qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına yerləşdirilib. Sabirabad rayonunun Narlıq kənd sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov isə hadisə yerində ölüb.

Hadisə yerinə Dövlət Yol polisinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb edilib. Qəza zamanı bəzi avtomobillər yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.