Dünya

“43 milyon insan aclığın bir addımlığındadır” – G7 Putinə çağırış etdi

“43 milyon insan aclığın bir addımlığındadır” – G7 Putinə çağırış etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Ukraynanın sərhədlərindəki dəyişiklikləri tanımır.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Rusiyanın güc yolu ilə tətbiq etmək istədiyi sərhəd dəyişikliklərini heç vaxt qəbul etməyəcəyik”, – Burbok deyib.
Məlumata görə, G7 ölkələrinin xarici işlər nazirləri dünənki görüşün yekunları üzrə birgə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, G7 ölkələri Ukraynaya hərbi yardım göstərməyə davam edəcək. XİN rəhbərləri hesab edirlər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivlərini pisləşdirib: “Rusiyanın Ukraynadakı hərəkətləri ərzaq, yanacaq və enerji qiymətlərinin güclü artımına gətirib çıxardı”.
Nazirlər Rusiyanı Ukraynadan taxıl ixracının blokadasına son qoymağa çağırıblar. Sənəddə 43 milyona yaxın insanın aclığın bir addımlığında olduğu qeyd edilib. G7-nin XİN rəhbərləri Rusiya, onun nümayəndələri və qurumlarına qarşı yeni məhdudiyyətləri qəbul etməyə hazır olduqlarını vurğulayıblar. Bundan başqa, G7 Çini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməməyə çağırıb.