İdman

45 yaşlı Buffona Səudiyyə Ərəbistanından təklif var – Maaşı açıqlandı

45 yaşlı Buffona Səudiyyə Ərəbistanından təklif var – Maaşı açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya futbolunun canlı əfsanələrindən olan Canluici Buffon karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi “Twitter” hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.

Mənbə klubun adını açıqlamasa da, ərəblərin 45 yaşlı italiyalı qapıçıya illik 15 milyon avro maaş ödəməyə hazır olduğunu vurğulayıb.

Buffon hazırda “Parma”nın futbolçusudur. Geridə qalan mövsümdə klubunun forması ilə bütün turnirlərdə 19 oyun keçirən Canluici 24 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.

“Parma” A Seriyasına vəsiqə uğrunda pley-offda iştirak etsə də, arzusuna çata bilməyib.