Xalq artisti Tünzalə Ağayeva bu dəfə də açıq-saçıq geyimi ilə diqqəti öz üzərinə çəkməyi bacarıb.
7Times.az yenisabah.az-a istinadən xəbər verir ki, 47 yaşlı sənətçi sosial şəbəkə hesabında dərin dekolteli libasda görüntülərini paylaşıb.
İfaçının pərəstişkarları görüntülərə çox sayda şərh yazıblar. Onun bu geyimini bəyənənlər olsa da, açıq-saçıq tərzi müğənniyə yaraşdırmayanlar da çox olub. Son zamanlar bu cür geyimlərə üstünlük verən müğənni bəzi izləyicilərin qınağına tuş gəlib.