Hadisə

49 yaşlı kişinin meyiti tapıldı

49 yaşlı kişinin meyiti tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evdə 49 yaşlı kişinin meyiti aşkarlanıb.

7times.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Mehdiyev Vüqar Ramiz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.