Xəbər verdiyimiz kimi, Əməkdar artist Firuzə İbadova evinin şəraitsiz olmasından gileylənib.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova onla bağlı paylaşım edərək, həmkarının imkansızlığı ilə bağlı bəzi məqamlara toxunub. O bildirib ki, İbadova şou-proqramlarda 50 manata oxuyur:
“Mən onu tanıyanda o artıq ulduz idi. Mənim üçün bu gün də ulduzdur. Onu dinləmək üçün insanlar ciblərindəki son pulu verib bilet alıb konsertinə gəlirdilər. Onun çıxış etdiyi konsertlərinin dəfələrlə şahidi olub, pərdə kənarında onu dinləyə-dinləyə öyrənmişəm.
Onun ehtiyacı olmasa da, Şövkət Ələkbərovaya olan sevgisindən gedib onun sinfində dərs aldı. Təqvimdə elə bir gün yox idi ki, o, konsertlə tamaşaçı qarşısına çıxmasın: stadion, tarla, kolxoz deməzdi… Firuzə xanımın tədbirlərdə necə şövqlə gözəl keçməsi üçün çıxış etməsinin şahidi olmuşam.
Qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi, müqabilində isə Firuzə İbadova ayda bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqın qarşısında olan saysız çıxışlarının sonunu bugünkü kimi deyil, çox böyük sevgi, diqqətlə ödəniləcəyini, təminini düşünürdü. Məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib”.
Follow @7timesaz