Rusiyalı məşhur aktrisa Renata Litvinova pərəstişkarlarını heyrətləndirməkdən zövq alır.
Publika.az xarici media platformalarına istinadla xəbər verir ki, məşhur aktrisa 55 yaşında olmasına baxmayaraq xeyli cavan və cazibədar görünür və o, yeri gəldikcə özünün bu üstün cəhətlərindən ustalıqla yararlanır.
Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Renata Litvinova açıq-saçıq kontentləri ilə pərəstişkarlarını mütəmadi olaraq təəccübləndirir.Bu dəfə isə diva erotik fotosessiyası ilə səs-küy qaldırmağa qərar verib:
“Qeyd etməyə dəyər ki, 55 yaşlı aktrisa doğrudan da kifayət qədər duyğusal və cazibədar görünür. Renata növbəti fotosessiyası üçün qeyri-adi paltar və şokedici əl-qol hərəkətləri seçib. Bu zaman istedadlı və peşəkar aktrisa kimi o, sadəcə seksual geyimi ilə kifayətlənməyib, daha orijinal kontent kimi əlləri ilə emosional obrazlar yaratmağı bacarıb” – media qeyd edib.
Bu fotolardan feyziyab olan internet istifadəçiləri aktrisanın bu yaşda belə ideal bədən fiqurunu saxlamağı bacarmasından heyrətə gəldiklərini bildirir və şərhlərində Renatanın ünvanına çoxsaylı komplimentlər yağdırırlar.
Follow @7timesaz