Ümumilikdə 63 rus hərbçisi, o cümlədən həssas kateqoriyada olan şəxslər Kiyev nəzarətindəki ərazidən Rusiyaya qaytarılıb.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bütün hərbi qulluqçular hazırda Rusiya ərazisindədirlər, onlara lazımi tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır”,- məlumatda deyilir.