Almaniyada təlim keçən Ukrayna ordu hissələri üçün tərcüməçilərin olmaması böyük problemə çevrilib.
7Times.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) təlim missiyasının rəhbərinin müavini, hollandiyalı general Martin Bonn “Financial Times”a müsahibəsində bildirib.
“Financial Times” həmçinin ukraynalıların həm hazırlıq səviyyəsi, həm də yaş baxımından heterojen tərkibinə diqqət çəkir. Məsələn, bir hərbçinin 71 yaşı var. Ukraynanın müttəfiqləri UAF komandirlərinə cəbhədəki tapşırıqları yerinə yetirmək üçün ən ixtisaslı hərbi personalı ayırmağa üstünlük vermələrini təklif edirlər.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, təlimatçılar Sovet İttifaqı dövründə təhsil almış ukraynalılarla işləməli olurlar və hesab edirlər ki, onlar hərbi bilikləri daha tez mənimsəyə bilirlər.
Eyni zamanda “Financial Times”a danışan mənbələr ukraynalı hərbçilərin yüksək motivasiyasını xüusi ilə vurğulayıblar.
“İlin sonuna kimi 10 min ukraynalı əsgər Almaniyada təlim keçməlidir. Bu, Ukrayna silahlı qüvvələrini tanklar, artilleriya və hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün geniş Qərb proqramının bir hissəsidir. Ümumilikdə, Avropa və ABŞ-dakı hərbi düşərgələrdə 60 mindən çox insana təlim keçilməsi planlaşdırır”, “Financial Times” yazır.
“AzPolitika.info”
Follow @7timesaz