Maqazin

“67 yaşlı fanatım mənə 5000 min dollar göndərib, sonra onunla…”

“67 yaşlı fanatım mənə 5000 min dollar göndərib, sonra onunla…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Salfetkaya nömrələrini yazıb o qədər göndərənlər olub. Özü də 5000 dollarların altında. Sonra zəng edib, təşəkkürümü bildirmişəm. Yeməyə dəvət də almışam və getmişəm. Niyə getməyim ki? İnsanam da… Görüşə tək getməmişəm. Yanımda köməkçim və menecerim olub”.

7Times.az  bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib.

Sənətçi onu dəlicəsinə sevən və fanatlıq edən 67 yaşlı bir bəyin ona etdiyi jestindən söz açıb.

“Həmin şəxsin 67 yaşı vardı. O, nömrəsini qoydu. Deyir ki, mən sənin fanatınam. Yer üzündə iki məşhuru sevdiyini bildirib. Biri Alla Puqaçovanı, biri də məni. Menecerimə dəfələrlə zəng vurub mənə fanatlıq etdiyini söyləsə də, menecerim onun təkliflərini rədd etmişdi. Bu haqda isə mənə heç nə demirdi. Açıq danışaq, mən fanatımla görüşüb, onunla çörək yeyə bilmərəm?
Ayda bir dəfə zəng edib, hal-əhval tutur, uğurlarıma sevindiyini deyir. Hətta “YouTube”da baxış saylarımın nə qədər olduğunu belə bilir. Onun çox gözəl ailəsi, övladları, nəvələri var”.