Hadisə

690 bal toplayan tələbə yol qəzasında öldü

690 bal toplayan tələbə yol qəzasında öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

7times.az Report-a istinadən xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.