Maqazin

“7 ayın içində həm atamı, həm anamı itirdim” – Kərim Abbasov

“7 ayın içində həm atamı, həm anamı itirdim” – Kərim Abbasovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Kərim Abbasov uzun müddətdən sonra ekranlarda görünüb. 

7times.az xəbər verir ki, ifaçı ATV kanalında yayımlanan “7 Canlı” proqramına qonaq olub.  Proqram zamanı o, həyatı haqqında mühüm açıqlamalar verib.

“Bütün sənət dostlarım həm maddi, həm mənəvi yanımda olub. 7 ayın içində həm atamı, həm anamı itirdim. Depressiyaya düşdüm, özümə qapandım.

İnstaqram səhifəmi oğurladılar. Onun bağlanmasına sevindim. Düzdür, qaytaracam. Amma məni çox incitdilər. Sevinirəm ki, kənara çəkildim, müalicə aldım. Fikir verdim ki, sosial şəbəkə məni necə əsəbiləşdirirmiş. Artıq-əskik heç nə görmürəm, uzağam”,- deyə yaşadığı çətinliklərdən bəhs edib.