Dünya

“7 ildə 3 milyondan artıq insan cinayətə qurban gedib” – BMT

“7 ildə 3 milyondan artıq insan cinayətə qurban gedib” – BMTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada 2015-2021-ci illər ərzində təxminən 3 milyon 100 min insan cinayət nəticəsində həyatını itirib”.

“AzPolitika.info” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) direktoru Qada Fəthi Vali bildirib.

Vali dünyanın demək olar ki, hər qitəsində qeyri-sabitliyin və qarşıdurmaların yaşandığını, bu səbəbdən də daha çox insanın cinayət və zorakılığa məruz qaldığını bildirib.

Dünya həbsxanalarındakı insanların 30 faizinin məhkəmə qərarı olmadan həbs edildyinə diqqət çəkən Vali, bunun ədalət mexanizmindəki problemlərdən xəbər verdiyini deyib.