Ölkə

8 ildir fəaliyyət göstərmişəm, indi də çıxmışam – Çingiz Abdullayev

8 ildir fəaliyyət göstərmişəm, indi də çıxmışam – Çingiz Abdullayevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.

İclasda bir sıra mühüm qərarlar alınıb, heyətdə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yazıçı Çingiz Abdullayev klubun müşahidə Şurasından göndərilib. Onun yerinə Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf gəlib.

Məsələylə bağlı “7Times.az”ın əməkdaşı Çingiz Abdullayevlə əlaqə saxlayıb. Yazıçı təəssüratlarını bizimlə bölüşüb:

“8 ildir fəaliyyət göstərmişəm. İndi də çıxmışam. Bundan sonra fəaliyyət göstərəcək heyətə də uğurlar arzu edirəm. Arzu edirəm ki, “Neftçi” klubu bundan sonra da çempion olsun və yenə də medallar qazansınlar. Mən “Neftçi”ni sevmişəm, bundan sonra ömür boyu da sevəcəm”.

Qeyd edək ki, həmçinin Müşahidə Şurasına elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova, Hafiz Zeynalov, Zaur Qəhrəmanov, Səməd Qurbanov üzv seçilib.