Maqazin

8 illik evlilikləri 15 dəqiqədə bitdi

8 illik evlilikləri 15 dəqiqədə bitdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014-cü ildə nikah masasına oturan Ceyda Düvənci ilə Bülənt Şakrak boşanıb.

7Times.az xəbər verir ki, 8 ildir ailəli olan cütlüyün boşanma məhkəməsi bu gün baş tutub. İzmirdə keçirilən məhkəmə 15 dəqiqə çəkib.

Bir müddət əvvəl Ceyda və Bülənt ailə münasibətlərində problemlər yaşandığını, buna görə psixoloqa belə getdiklərini açıqlayıblar. Amma onlar daha sonra problemləri aradan qaldıra bilmədiklərini və rəsmən ayrılacaqlarını bəyan ediblər.

Qeyd edək ki, Ceydanın bu nikahdan bir oğul, ilk evliliyindən isə bir qız övladı var.