Dünya

91 yaşlı milyarder təcavüzdə ittiham olundu: 43 il ərzində qurbanlarını…

91 yaşlı milyarder təcavüzdə ittiham olundu: 43 il ərzində qurbanlarını…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya əsilli kanadalı milyarder Frank Stronach cinsi təcavüzdə ittiham olunub. Qeyd edək ki, 91 yaşlı avtomobil hissələri maqnatı zorlama, nalayiq hərəkətlər və zorla həbs də daxil olmaqla, beş cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb.

7Times.az xəbər verir ki, polis cinsi xarakterli cinayətlərin 1980-ci ildən 2023-cü ilə qədər davam etdiyini bildirib.

Regional polis idarəsinin rəsmisi Tayler Bell bir neçə şübhəli qurbanın olduğunu söyləyərək onların dəqiqləşdirməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdiyini deyib.

Qeyd edək ki, milyarder Stronach dünyanın ən böyük avtomobil hissələri istehsalçılarından biri olan “Magna International”ın qurucusu kimi tanınır. Stronach, həmçinin əyləncə sənayesi və at yarışlarında ixtisaslaşan “Granite Real Estate” və “Stronach Group” şirkətlərinin də sahibidir. 2013-cü ildə o 3,12 milyard sərvətlə Kanadanın 19-cu ən varlı adamı olub.

Publika.az