Dünya

Çavuşoğlu: “Nəticələr yaxşı olacaq, narahat olmayın”

Çavuşoğlu: “Nəticələr yaxşı olacaq, narahat olmayın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçkilərin nəticələri yaxşı olacaq, narahat olmayın”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada bildirib.

“Səslərin sayılması davam edir. Gecə-gündüz çalışan bütün dostlarıma təşəkkürümü bildirirəm. Biz prezidentimizə, Cümhur İttifaqına inanırıq”, – o əlavə edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır.

Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.