Dünyaca məşhur model Emili Ratajkovski Analar günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi hamiləlik zamanı çəkdirdiyi çılpaq fotoları izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
“Bu şəkillər şəxsiyyətim və həyatım əbədi olaraq dəyişməzdən əvvəl çəkilib. Ana olmaq, heç kimin tez-tez şahidi olmadığı çox sakit, ağır iş görmək deməkdir. Bütün analarla fəxr edirəm – dünyadakı ən gözəl şey sevginiz və fədakarlığınızdır”.
Qeyd edək ki, Emilinin bir oğlu var.