Dünya

Britaniya Ukraynaya “F-16”lar verməyə hazırlaşır – Baş nazir Zelenski ilə görüşündə daha nələr vəd edir?

Britaniya Ukraynaya “F-16”lar verməyə hazırlaşır – Baş nazir Zelenski ilə görüşündə daha nələr vəd edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukraynaya 200 kilometrdən çox mənzilli yüzlərlə pilotsuz hücum təyyarələri verəcək. Bundan başqa, yaxın vaxtlarda F-16 qırıcıları ilə bağlı ukraynalı pilotlara təlimlərə başlayacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəyə səfəri ilə bağlı bəyanatında deyilir.

Xatırladaq ki, bu gün səhər Sunak Zelenskini Baş nazirin Dama iqamətgahında qarşılayıb. Hazırda danışıqlar gedir.

Açıqlamada qeyd edilib ki, səfər G7-nin Yaponiyada keçiriləcək Ukraynaya dəstək sammiti ərəfəsində baş tutur.

Keçən həftə Böyük Britaniya Ukraynaya 100 kilometrdən çox mənzilli “Storm Shadow” raketlərinin çatdırıldığını elan edib. Bu, Qərbin uzaqmənzilli raketlərinin Ukraynaya çatdırılması ilə bağlı atdığı ilk addımdır. Artıq qondarma “lnr” nümayəndələri bildiriblər ki, bu raketlər cəbhə xəttindən uzaqda, Rusiyanın nəzarətində olan ərazidə yerləşən Luqanska zərbə endirmək üçün istifadə olunub.

“Bu gün Baş nazir Böyük Britaniyanın Ukraynanı yüzlərlə hava hücumundan müdafiə raketləri və pilotsuz uçuş aparatları, o cümlədən 200 km-dən çox mənzilli yeni pilotsuz hücum təyyarələri ilə təmin edilməsini təsdiq edəcək”, – deyə məlumatda bildirilir.

Baş nazir Sunak həmçinin Londonun Ukraynaya F-16 döyüş təyyarələri verilməsini dəstəkləyir. Ukraynalı pilotlar üçün təlim proqramı Britaniyanın bu istiqamətdə səylərinin bir hissəsidir.

Xatırladaq ki, Kreml bundan əvvəl Ukraynaya uzaqmənzilli raketlərin verilməsini qəti şəkildə pisləyərək, Moskvanın cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.