Dünya

Ərdoğan: “28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq”

Ərdoğan: “28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında bildirib.

“Mayın 28-nə kimi dayanmadan, dincəlmədən sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə türk demokratiyası və türk Milləti oldu.

“Mayın 14-də seçkiyə gedərək azad iradəsini əks etdirən bütün vətəndaşlarıma və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm”, – Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.