Ötən gecə Kiyev genişmiqyaslı raket atəşinə məruz qalıb. Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, müxtəlif istiqamətlərdən eyni vaxtda pilotsuz təyyarələr, qanadlı raketlər və ehtimal ki, ballistik raketlərdən istifadə etməklə kompleks hücum həyata keçirilib.
Popko, ən qısa müddətdə hücum edən raketlərin maksimum sayına görə hücumu “müstəsna” adlandırıb. İlkin məlumata görə, onların əksəriyyəti məhv edilib.
Kiyevin meri Vitali Kliçko Ukrayna paytaxtının Solomenski, Şevçenkovski, Svyatoşinski, Obolonski və Darnitski rayonlarında dağıntıların baş verdiyini açıqlayıb. Kliçkonun sözlərinə görə, Solomenski rayonunda, hücum nəticəsində 3 nəfər yaralanıb. Şevçenkovski rayonunda zooparkın ərazisinə vurulan raketin parçaları düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir. Bir neçə avtomobilə ziyan dəyib, baş vermiş yanğınlar söndürülüb.
Bu, mayın əvvəlindən bəri Kiyevə səkkizinci hava hücumu idi. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Rusiyanın 18 müxtəlif növ hava, dəniz və quru raketlərindən istifadə etdiyini iddia edib.
Altı MiQ-31K təyyarəsindən altı “Kinjal” hipersəs raketi, Qara dənizdəki gəmilərdən doqquz “Kalibr” qanadlı raketi və üç S-400 “İskəndər-M” atılıb”, – deyə Zalujnı çərşənbə axşamı gecə teleqram kanalında bildirib. Ukrayna Silahlı Qüvvələrinin komandanının sözlərinə görə, Rusiya ordusu hücumda İranın “Şahed” kamikadze pilotsuz uçan aparatlardan da istifadə edib.
Zalujnı bildirib ki, 18 raket və pilotsuz uçan aparat Ukrayna hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib.
Rusiya Müdafiə Nazirliyi bu hücumu, eləcə də Kiyevə əvvəlki hücumları şərh etməyib.
Follow @7timesaz