AVRO-2024-ün seçmə mərhələsinin I turunda baş tutan Ermənistan – Türkiyə matçındakı hadisələrlə bağlı UEFA qərar verib.
Offsideplus.az xəbər verir ki, UEFA-nən İntizam Komitəsi Ermənistan Futbol Federasiyasına aşağıdakı cəzaları verib:
Təhqiredici təxribatçı mesaj: 15 min avro.
Məşəlin yandırılması: 11.500 avro.
Meydana atılan material: 11 min 500 avro.
Pilləkən boşluqlarının bloklanması: 8 min avro.
Komandanın nalayiq davranışı: 6 min avro.
Xatırladaq ki, oyundan öncə səsləndirilən Türkiyə Milli Marşı azarkeşlər tərəfindən fitə basılmışdı.
Qeyd edək ki, Türkiyə yığması səfərdə Ermənistana 2:1 hesabı ilə qalib gəlmişdi.
Follow @7timesaz