Rusiyanın Federal Vergi Xidməti mayın əvvəlində vəfat edən məşhur modelyer Valentin Yudaşkinin moda evinin hesablarınına həbs qoyub.
7Times.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Moda evinin 2022-ci il üçün hesabat vermədiyi və milyonlarla rubl vergini ödəmədiyi bildirilir.
Qeyd edək ki, iki il əvvəl Yudaşkin moda evinin balansında 118 milyon rubl var idi.
Follow @7timesaz