“Fənərbağça” klubu “Çelsi”nin ulduz futbolçusu Hakim Ziyeçi transfer etmək üçün hərəkətə keçib.
Offsideplus.az “Fotomaç”a istinadla xəbər verir ki, London təmsilçisi mərakeşli vingeri satmaq üçün qəti qərar verib. Məlumata görə, “Ayaks”dan 40 milyon avroya alınan 30 yaşlı futbolçunun oyunu ingilisləri qane etmir. “Fənərbağça” hazırda Ziyeç üçün qarşı tərəflə danışıq aparır. Futbolçu özü də “Çelsi”ni tərk etmək istəyir.
Qeyd edək ki, mövsümün fasiləsində PSJ Ziyeçi transfer etmək üçün razılığa gəlmişdi. Lakin sənədlər transfer pəncərəsi bağlanandan bir dəqiqə sonra göndərildiyi üçün keçid baş tutmamışdı.
Follow @7timesaz