Türkiyədə mayın 28-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin ikinci turu üçün xaricdə və gömrük qapılarında səsvermə sabah başlayır.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə məlumat yayıb.
O, seçkilərin ilk turunun yüksək seçici fəallığı ilə başa çatdığını xatırladıb: “Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və “Cümhur İttifaqına” hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız”.
Ərdoğan hər kəsi səsvermə hüququndan istifadə etməyə çağırıb: “Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram”.
Follow @7timesaz