Maqazin

Üzeyir 50 min söhbətindən danışdı

Üzeyir 50 min söhbətindən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Üzeyir Mehdizadə repçi Paster ilə müğənni Damla arasındakı mahnı qonorarı barədə danışıb.

OLAY yazır ki, ifaçı “Gül kimi şou” proqramının aparıcısı Cavid Gülün “Səndən mahnı istəsələr, 50 min manata satarsan” sualını cavablandırıb.

Sənətçi deyib ki, bu məbləğlər real deyil:

“Mahnı ticarətindən danışsaq, bu rəqəmlər real deyil. Hələ 50 mindən danışmıram. Müəyyən qiymət deyirəm, aranjiman pulunu gecikdirir. Və yaxud mahnını alır, deyir ki, bunu tez yığın, sözünü yazın, tez aranjiman edin və s. Bir də görürsən ki, mahnı tam hazırdır, müğənni yoxdur. Hətta müəyyən qonorar olur, onda çətinlik çəkənlər olur. Qaçırlar. Qaldı ki, 50 min söhbətinə… Kim istəyirsə, verə bilər o pulu”.

Qeyd edək ki, Paster “Easy Job” mahnısında ” “Feat” istədi Damla, dedim, 50 mindir, nəğddir” – deyib. Damlanın prodüseri Şamil isə qarı tərəfə “Bu qədər ağ yalan olmaz. Heç bizə pul təklif etməyib. Biz mahnı istəmişik. Bir neçə mahnı göndərilib. Damla xanım özünə uyğun bilmədiyi üçün oxumayıb. Arada pul söhbəti olmayıb. Paster niyə özünə şər atır?” – deyə, cavab ünvanlayıb.