Maqazin

Gövhər Həsənzadə: “Sənətlə bağlı olan proqramların sayı azalıb”

Gövhər Həsənzadə: “Sənətlə bağlı olan proqramların sayı azalıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünkü konsert Muradın uğurunun nəticəsidir”.

7Times.az “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri Murad Arifin solo konsertində iştirak edən bəstəkar Gövhər Həsənzadə deyib.

G.Həsənzadə qeyd edib ki, solo konsert sərf edilən illərin nəticəsidir:

“Murad ilk solo konsertini verir. Muradın zövqünü bəyənirəm. Murad özündən yaşca böyük sənət adamlarına hörmətlə yanaşır. Hər zaman tənqidlərdən nəticə çıxarır. Hesabat konsertini verir”.

Bəstəkar son zamanlar efirdən uzaq qalma səbəbini də açıqlayıb:

“Qalmaqaldan uzaq olmağa çalışıram. Son zamanlar sosial verilişlərin sayı artıb. Ziyalılar olan verillişlərə daha çox çıxıram. Əvvəl başqa cür idi. Sənətlə bağlı olan proqramların sayı azalıb. Ümid edək ki, artar. Bir qədər qərəzli suallardan, sənətə aid olmayan suallardan qaçıram”.

G.Həsənzadə hər şeyin qaydasında olduğunu əlavə edib:

“Yeni layihələrimiz, iş birliklərimiz var. İradə İbrahimova ilə qaldığımız yerdən davam edəcəyik. Qonşu ölkədən olan sənətçilərlə də layihələrimiz var. İnşallah yeni layihələr olacaq. Üzüağ tamaşaçıların qarşısına çıxacağıq”.