Dünya

Podolyak: “F-16-nın Kiyevə təhvili ilə bağlı qərar verilib”

Podolyak: “F-16-nın Kiyevə təhvili ilə bağlı qərar verilib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, F-16-ların Kiyevə verilməsi barədə qərar artıq Qərb ölkələri tərəfindən verilib.

7Times.az bu barədə Ukraynanın “Kanal 24” telekanalına istinadən bildirir.

Podolyak hesab edir ki, Qərb artıq Kiyevə lazım olan bütün silahları, o cümlədən F-16 qırıcılarını verəcəyini anlayıb. İndi logistika, təyyarələrin Ukrayna ərazisinə dəqiq necə çatdırılması ilə bağlı suallar həll olunur.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden daha əvvəl Vaşinqton partnyor ölkələrin ukraynalı pilotlara F-16-nı idarə etmək üçün öyrədilməsi istiqamətində tədbirləri dəstəkləyəcəyini bildirmişdi. “Politico” nəşrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotları Avropa İttifaqında (Aİ) tədris keçəcəklər və kurs bir neçə ay çəkəcək. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna üçün F-16-ların sayı ilə bağlı qərar pilotlar yetişdirildiyi üçün veriləcək.

Yeganə