Bu gün Yunanıstanda parlament seçkiləri keçirilir.
7Times.az xəbər verir ki, seçki məntəqələri bu gün yerli vaxtla 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 08:00-dan 20:00-dək) açıq olacaqlar.
Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təxminən 9,9 milyon vətəndaş səsvermə hüququna malikdir. Üstəlik, Yunanıstanda 16 yaşdan etibarən səs vermək mümkündür.
Qeyd edək ki, Yunanıstanda səsvermə proseduru qeyri-adiliyi ilə fərqlənir. Belə ki, hər seçiciyə seçkilərdə iştirak edən partiya və koalisiyaların sayına uyğun 36 bülleten veriləcək. Başqa bir bülleten boş olacaq: o, vətəndaşın partiyalardan heç birini dəstəkləmək niyyətində olmadığı halda istifadə olunur.
Follow @7timesaz