Dünya

“İsveç prezident seçkilərinə müdaxilədə edir” – Türkiyə DİN

“İsveç prezident seçkilərinə müdaxilədə edir” – Türkiyə DİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu İsveç hökumətini ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib. Onun sözlərinə görə, Stokholm seçki komissiyasına və müşahidəçilərə təzyiq göstərən birliyə sponsorluq edir.

7Times.az xəbər verir ki, nazirin bildirdiyinə görə, “Oy və Ötesi” adlı birlik seçki qutularında müşahidə prosesində iştirak edə bilməz, çünki təmsilçiləri insanlara təzyiq göstərməyə çalışırlar ki, buna yol vermək olmaz.

“Onların ora daxil olub seçki məntəqələrində səs verən insanlara təzyiq göstərməsi seçki qanunvericiliyinə ziddir. Polisə təzyiq edib deyirlər ki, biz bu sandıqlarla gedəcəyik. İsveç dövləti bu “Oy ve Ötesi” assosiasiyasını maliyyələşdirir. Pul göndərir, niyə? Türkiyədə seçkilərə müdaxilə edib qarışdırmaq üçün. Bu, çox aydındır ”, – deyə nazir bildirib.

Bundan əvvəl məlum olub ki, Türkiyə müxalifəti may ayında ölkədə keçiriləcək seçkilərdə qalib gələ bilsə, NATO-nun iyul sammitinə qədər İsveçin Şimali Atlantika Alyansına müraciətini təsdiqləməyə hazırdır .