Maqazin

Sərdar Ortaç: “Anama qulaq asmadığım üçün peşmanam”

Sərdar Ortaç: “Anama qulaq asmadığım üçün peşmanam”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Sərdar Ortaç yeni açıqlaması ilə gündəmə gəlib

7Times.az türk mediasına istinadən xəbər verir ki, çətin günləri arxada qoymağa çalışan və yenidən iş həyatına geri dönən Ortaç dünən İstanbulda pərəstişkarları ilə görüşüb.

Onu dinləməyə gələn pərəstişkarları ilə söhbət edən müğənni anası ilə bağlı verilən sualları belə cavablandırıb.

O ,görüş zamanı anasının sözünə qulaq asmadığı üçün bədbəxt olduğunu bildirib.

“Anamın sözünə qulaq asmadım. Mənə həmişə “Sarışın qızlardan uzaq dur” deyirdi. Amma mən ona qulaq asmadım. Görün, sonra nə oldu?” Sonra o, “My Black Pepper” mahnısını bütün qaraşınlara təqdim etdi.