ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələri – general-mayor Kit Filips və Patrik Prayori İrəvanda səfərdədir.
“Report” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Pentaqonun nümayəndələrinin səfəri çərçivəsində Ermənistan-ABŞ münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin perspektivləri müzakirə ediləcək.
Həmçinin ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələrinin Ermənistanın rəsmi şəxsləri və Silahlı Qüvvələrin əməkdaşları ilə görüşləri planlaşdırılıb.
Follow @7timesaz