“Liverpul” Almaniyadan üzücü xəbər alıb.
Fanat.Az-ın məlumatına görə, “mersisaydlılar”ın heyətinə qatmaq istədiyi Rayan Qravenberxi klubu “Bayern Münhen” buraxmaq niyyətində deyil.
Məlumatı insayder Fabritsio Romano yayıb.
O, bildirib ki, Almaniya klubu indiki durumda 21 yaşlı niderlandlı yarımmüdafiəçini satmağı düşünmür.
Qeyd edək ki, münhenlilər Rayanı keçən il heyətinə qatıb. “Ayaks”dan alınan gənc futbolçu cəmi 7 oyunda meydana çıxıb.
Follow @7timesaz